İrəvanda Qandinin abidəsi yandırıldı - “Bu, bizə şərəf gətirmir”

 İrəvanda Qandinin abidəsi yandırıldı -  “Bu, bizə şərəf gətirmir”
  29 Aprel 2021    Oxunub:3758
Ermənistanın paytaxtı İrəvanda Mahatma Qandinin abidəsi yandırılıb.
Azvision.az xəbər verir ki, hadisə sosial şəbəkələrin erməni seqmetində geniş rezonans doğurub.

Bildirilir ki, məşhur hindistanlı siyasətçinin ötən il ucaldılmış abidəsi Dehli ilə dostluq jesti kimi qəbul edilirdi. Abidənin yandırılmasın etiraz edənlərin fikrincə, Ermənistanın Hindistanla kifayət qədər yaxşı əlaqələri var, üstəlik İrəvan Kəşmir münaqişəsində Hindistanın mövqeyini dəstəkləyir.



İrəvan meriyası hadisəni pisləyib və bunu vandalizm adlandırıb.

“Vəziyyət son dərəcə xoşagəlməzdir və bizə şərəf gətirmir. Təəssüf ki, bu, İrəvanda baş verən ilk belə hadisə deyil. Buna ciddi qiymət vermək lazımdır. Paytaxtda yüzlərlə abidə var və hər birini qorumaq üçün xüsusi tədbirlər görmək fiziki baxımdan mümkün deyil", - İrəvan merinin mətbuat katibi Akop Karapetyan bildirib.

Xatırladaq ki, İrəvanda Qandiyə abidə qoyma qərarı ötən il paytaxtın Ağsaqqallar Şurası tərəfindən verilib. Lakin ideya birmənalı qarşılanmayıb. Buna səbəb Qandinin o zamankı Türkiyə rəhbərliyi ilə yaxın münasibətləri və qondarma “erməni soyqırımı”nın rədd edilməsi olub.

Abidənin yandırılması qondarma “soyqırımın” 106-cı ildönümünə təsadüf edib.

Onu da bildirək ki, bu il aprelin 24-də Hindistanın Ermənistandakı səfirliyi “Twitter” səhifəsində - “24 aprel Ermənistanda “erməni soyqırımı”nın 106-cı ildönümü qeyd edilir” yazıb. Ancaq bir neçə saat sonra qeyd redaktə olunub və "soyqırım" sözü çıxarılıb. Nəticədə paylaşım belə olub: "24 apreldə Ermənistanda həlak olan ermənilərin anma gününün 106-cı ildönümü qeyd edilir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Abidə  





Xəbər lenti