“Dəfn mərasiminə gəlməməyinizi xahiş edirik” - Azad Rəhimovun oğlu
Onun sözlərinə görə, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi:
“Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı. Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi.
Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.
Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Birinci vitse-Prezidentə və ictimaiyyyətə təşəkkür edirik.
Allah rəhmət eləsin!”.
Azvision.az
Teqlər: Azad-Rəhimov