Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  05 Mart 2014    Oxunub:1051
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti