Xocalı qatili olan erməni generalın ayaqları çürüyüb

Xocalı qatili olan erməni generalın ayaqları çürüyüb
  05 May 2021    Oxunub:8709
Ermənistanın Respublikaçılar partiyasının keçmiş deputatı, general Seyran Saroyanın səhhətində ciddi problem yaranıb.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, sərbəst hərəkət edə bilməyən Saroyan əlil arabasında gəzir.
“General Saroyan uzun müddət əlil arabasında olacaq. Saroyan Almaniyada bir neçə aylıq müalicədən sonra İrəvana qayıdıb. Amma bu günlərdə səhhətində geriləmələr baş verdi. Məlum olub ki, generalın ayaqlarında çürümə prosesi gedir. Həkimlər ayaqların amputasiyasını təkif etsələr də, “İzmirliyan” tibb mərkəzinin rəhbəri Armen Çarçyan hələlik bu addımın atılmasının tərəfdarı deyil. Hazırda general araba ilə hərəkət edir, tərpənə bilmir. Xeyli çəki itirdiyi üçün general tanınmaz haldadır”-, deyə xəbərdə qeyd edilib.

Xatırladaq ki, Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, general Seyran Saroyanın da adı keçir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-general   Xocalı  





Xəbər lenti