Göyçayda qətlin üstü açılıb
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilib. “İsti iz”lərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Cinayət yerindən oğurlanmış əmlakın bir hissəsi N.Mustafayevin mənzilində aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
AzVision.az