Lənkəran polisi hərəkətə keçdi- VİDEO

Lənkəran polisi hərəkətə keçdi- VİDEO
  06 Mart 2014    Oxunub:1328
Lənkəranda yol polisi növbəti reydini keçirdi.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi şəhərin küçə və prospektlərində növbəti reydini keçirib.Reyd zamanı qayadaları pozan süücülərə inzibati protokollar tərtib edilib.

AzVision.az CTV-yə istinadən xəbər verir ki, reydlər zamanı dayanma və durmanı qadağan edən nişanlara məhəl qoymayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sənədsiz avtomobil idarə edən, görməni məhdudlaşdıran plyonkadan istifadə edən, eləcə də yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər aşkar olundu.KİV nümayəndələrinin iştirakı ilə keçirilən reydlər zamanı hətta qanunun tələblərini yerinə yetirməkdən boyun qaçıran sürücülərə də rast gəlindi. Bölmənin təbliğat və təşviqat üzrə inspektorunun sözlərinə görə qanunlara tabe olmayan və saxlama əmrini yerinə yetirməyən sürücülərə qanunamüvafiq cərimələr tətbiq olunacaq.

Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən vətəndaşlar barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili cərimə meydançasına aparılıb. Qeyd edək ki,Lənkəranın yol polisi sürücüləri bir daha nizam-intizamlı olmağa, qanunun tələblərini pozmamağa çağırır. Əks halda keçirilən reydlər zamanı qanunun tələblərini pozan şəxslər cəzalandırılacaq.




Teqlər:





Xəbər lenti