İcra başçısı xanımlara hədiyyə verib – FOTOLAR

İcra başçısı xanımlara hədiyyə verib – FOTOLAR
  08 Mart 2014    Oxunub:1138
Gəncə şəhərində Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı, şəhər rəsmiləri, ziyalılar, fəal qadınlar, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı qadınları təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qadınlara xususi diqqət və qayğı göstərərək, onların fədakar əməyinə, dəyərli xidmətlərinə hər zaman yüksək qiymət verir. İctimai-siyasi həyatda fəallıqlarını artırmaq, idarəetmə strukturlarında təmsil olunmalarına geniş şərait yaradır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün dünyaya sübut etdi ki, Azərbaycan qadını həm gözəl ana, həmdə fəal ictimai xadimdir.

Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi fəal qadınlardan bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Gəncə qadınlarından 1 nəfəri akademik, 2 nəfər xalq artisti, 3 nəfər əməkdar artist, 17 nəfər əməkdar müəllimdir. 200 nəfərdən çox qadın rəhbər vəzifədə çalışır.

Tədbirdə xalq artisti Şahnaz Haşımovanın rəhbərliyi ilə incəsənət ustalarının konserti olub.


Qalereya




Teqlər:





Xəbər lenti