Milli Qəhrəmanın anası yad edildi

Milli Qəhrəmanın anası yad edildi
  08 Mart 2014    Oxunub:1184
8 Mart- Beynəlxalq Qadınlar günü münasibəti ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimovun anası ilə görüşüblər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri Milli Qəhrəmanın boya-başa çatdığı evə gələrək Mübarizin anası Şamama xanımı İbrahimovanı bayram münasibəti ilə təbrik edib, bayram hədiyyəsi veriblər.

Qəhrəmanın anası Şamama İbrahimova ölkəmizdə şəhid ailələrinə göstərdiyi hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


Teqlər:





Xəbər lenti