Bayramlarını iş başında qeyd edən xanımlar - VIDEO

Bayramlarını iş başında qeyd edən xanımlar - VIDEO
  09 Mart 2014    Oxunub:1135
Bayram deyəndə hamımızın ağlına əylənmək,gülmək,ailə üzvləri və dostlarla yaxşı vaxt keçirmək və ən əsası dincəlmək gəlir. Ancaq bəzilərimiz üçün bayram günü sadəcə iş və daha çox iş deməkdir. Çoxlarımız bayramı ailə üzvlərimiz və dostlar arasında keçirsək də elə peşə sahibləri var ki,onlar bütün bayramları elə iş başında qarşılayır, bayram gününü istirahət bilmədən özü işinin öhdəsindən məsuliyyətlə gəlir. Onlar bu əlamətdar gündə göstərdikləri xidmətdən qürur hissi duyurlar. AzVision.az CTV-yə istinadən xəbər verir ki, 8 mart günü Lənkəran Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının xanım işçiləri də iş başındadır. Onlar adi günlərdə olduğu kimi bu gündə də öz peşə borclarını yerinə yetirir və həmişəki kimi əhalinin sağlamlığının keşiyindədirlər.




Teqlər:





Xəbər lenti