Kriminal Xronika

Kriminal Xronika
  09 Mart 2014    Oxunub:1051
Oğurluq edən şəxslərdə narkotik maddələr aşkar olundu.
Paytaxtin Nərimanov rayonunda yaşayan Şəbnəm Musayevanın mənzilindən qızıl əşyalar və bankomat kartı oğurlanmışdır. Oğurluğu törətmiş Gürcüstan vətəndaşları Məmmədəli Məmmədov, Estate Mikoladze və Georgi Gridalaşvili rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar zamanı M.Məmmədovda 3,832 qram tiryək, E.Mikoladzedə 0,439 qram, Georgi Gridalaşvilidə isə 0,570 qram heroin aşkar edilərək götürülüb.

Xaçmaz rayonunda isə İntiqam Bayramova məxsus mağazadan pul və iyirmi iki ədəd mobil telefon oğurlanıb. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Şahin Paşayev tutulub.

Yasamal rayonunda Araz Hüseynovdan soyğunçuluq yolu ilə pul və mobil telefonu alınmışdır. Hadisəni törətmiş Bakı sakini Toğrul Əliyev rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, faktlarla əlaqədar cinayət işi açılıv, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, martın 7-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 75 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən beş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölmüş, 3 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.


Teqlər:





Xəbər lenti