Ara Ayvazyan vəzifəsindən istefa verdi

 Ara Ayvazyan vəzifəsindən istefa verdi
  27 May 2021    Oxunub:1260
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan "Facebook" hesabında məlumat paylaşıb.

Naqdalyan istefanın səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə 2020-ci ilin 18 noyabr tarixində təyin edilmişdi. Onun hökumət daxilindəki çəkişmələrlə əlaqədar istefa verdiyi ehtimal olunur.

Azvision.az


Teqlər: Ermənistan   XİN   Ayvazyan  





Xəbər lenti