Bakıda avtobus qəzası: Xəsarət alan var

Bakıda avtobus qəzası: Xəsarət alan var
  09 Mart 2014    Oxunub:1009
Qəza nəticəsində, "Daewoo" markalı sərnişin avtobusu yol kənarındakı işıq dirəklərinə çırpılıb.
Bakıda sərnişin avtobusu işıq dirəklərinə çırpılıb, xəsarət alan var. Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası baş verib və bir nəfər kişinin köməyə ehtiyacı olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus "Daewoo" markalı yol kənarındakı işıq dirəklərinə çırpılıb.

Nəticədə, avtomobil deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsi avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.


Teqlər:





Xəbər lenti