Növbəti iş günü dəyişkən buludlu hava gözlənilir

  09 Mart 2014    Oxunub : 582
Növbəti iş günü dəyişkən buludlu hava gözlənilir

Martın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.

AzVision.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Temperatur gecə 3-5°, gündüz 9-14° isti, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 2-6°, gündüz 15-20° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 14° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 1-6°, gündüz 10-15° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, bəzi yerlərdə 14° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 2-7°, gündüz 12-17° , bəzi yerlərdə 22° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 4-6°, gündüz 10-15°, bəzi yerlərdə 19° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Teqlər: