Diplomatik missiya rəhbərlərinin xanımlarından xeyriyyə aksiyası

Diplomatik missiya rəhbərlərinin xanımlarından xeyriyyə aksiyası
  09 Mart 2014    Oxunub:1083
Bu gün Kiçik Karvansarada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) tərəfindən Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə 20-dən artıq ölkənin nümayəndəsi, o cümlədən diplomatik missiya rəhbərlərinin xanımları iştirak edib.

Xeyriyyə xarakteri daşıyan tədbirdə hər bir ölkənin milli sənətkarlıq nümunələri, suvenirlər və mətbəx nümunələrinin satış-sərgisi təşkil olunmuşdur. Həmçinin milli musiqi və rəqslər nümayiş etdirilmişdir. Xeyriyyə aksiyasında qiymətli mükafatlar udmaq imkanı verən lotereya da oynanılıb.

Tədbirdən əldə olunan gəlir “HOMS”un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sır a yerli xeyriyyə fondlarına və layihələrə yardım məqsədilə istifadə olunacaq.


Teqlər:





Xəbər lenti