“Erməni ombudsman bir dəfə də olsun əsirlərimizə baş çəkmədi” - Səbinə Əliyeva
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Altı ilə yaxın bizim iki soydaşımız orada girovluqda saxlanıldı. Bu müddətdə bir dəfə də olsun onların vəziyyəti ilə maraqlanmadı. Əksinə, Ermənistanın ombudsmanı institutun fəlsəfəsinə tamamilə zidd olaraq yalnız siyasi çıxışlarla məşğul oldu".
Qeyd edək ki, birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsi başlayıb. Məhkəmə prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.
Oxşar mövzu:
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi başladı
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Ombudsman Səbinə-Əliyeva