Çində oxumaq şansı

Çində oxumaq şansı
  10 Mart 2014    Oxunub:1467
Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişi əsasında Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında 13 iyul 2012-ci il tarixində imzalanmış sazişə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Hazırda Çin ali məktəblərində 26 nəfər Azərbaycan vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb və digər ixtisaslar üzrə təhsil alır.

Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir il çin dili üzrə hazırlıq kursu keçməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları martın 27-ə kimi sənədlərin elektron surətini ([email protected]) ünvanına göndərməlidirlər.
Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibə aprelin 2, 3 və 4-də Təhsil Nazirliyində keçiriləcək.



Teqlər:





Xəbər lenti