Sürücü qəza törətdi, sərnişini öldü

Sürücü qəza törətdi, sərnişini öldü
  10 Mart 2014    Oxunub:878
Daxili İşlər Nazirliyi bir nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 10-na keçən gecə Səbail rayonu Azadlıq prospekti ev 27-nin qarşısında yol qəzası baş verib. Ağdam rayon sakini Canpolad Otarudun idarə etdiyi "VAZ-21074" markalı və Elnur Məmmədovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. C.Otarudun sərnişini, Bərdə rayon sakini Nəbi Əzizov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti