`Xədicə, üzr istə!` - `Nurçular` Xədicə İsmayıla qarşı

`Xədicə, üzr istə!` - `Nurçular` Xədicə İsmayıla qarşı
  10 Mart 2014    Oxunub:1166
Jurnalist Xədicə İsmayılova facebook sosial şəbəkəsində Fətullah Gülən şəbəkəsi və "hizmət"çilər ilə toqquşub. Hər şey onun paylaşdığı bir xəbərdən və yazdığı statusdan başlayıb.
"Gülən şəbəkəsi ayaqdadır. Bir saytdan bir yazını paylaşdıq, altında nəslimi də söyürlər. Mən elə bilirdim, bunlara Hizmetin məktəblərində dərs keçirlər, mərifət öyrədirlər. Hamısı sabun köpüyü imiş",- bu, Xədicənin yazdığı statusdur.

Bu statusdan sonra lisey məzunları həmin statusun altında "Xədicə, üzr istə!" yazaraq, ondan üzr istəməsini tələb ediblər. 600-ə yaxın Fətullah Gülənə bağlı olan lisey məzunu Xədicə İsmayılovadan üzr istəməsini tələb edib.

Daha sonra Xədicə İsmayıl bu mövzuda daha bir neçə status paylaşıb. O, yazıb: “Deməli nə baş verdi. Facebookda bir paylaşım gördüm. Samanyolu kanalının Xəzər TV-yə çevrilməsinin necə baş verdiyini göstərdiyi iddia edilən email barədə məqalə idi. Xəzər TV-nin Gülən camaatı ilə əlaqəsi və Samanyolunun sadəcə sənədləri dəyişilmiş forması olması zatən yeni söhbət deyil. Amma bu məsələ ətrafında gedən propaqanda savaşı həqiqətən maraqlıdır mənə. Nə isə, nə "inanıram" yazdım, nə "inanmıram" yazdım. Dördcə hərfdən ibarət şərh ilə "oppa" sözü ilə paylaşdım xəbəri. Bu paylaşımın altında əsasən lisey məzunlarından ibarət bir mob başladı məni, ailə üzvlərimi təhqir eləməyə.Mən heç kimi təhqir etmədən təhqirə məruz qaldım. Üstəlik də üzrxahlıq tələb edirlər”.


Teqlər:  





Xəbər lenti