Lənkəranda güclü yanğın

Lənkəranda güclü yanğın
  10 Mart 2014    Oxunub:880
Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Bu gecə Lənkəranda güclü yanğın hadisəsi baş verib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Liman şəhər sakini, 1959-cü il təvəllüdlü Əliyar Rəzzaq oğlu Rəhimova məxsus fərdi yaşayış evi yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 3 otaqlı ev içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq külə dönüb. Xoşbəxtlikdə yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti