Mingəçevirdə 2 maşın toqquşdu: 2 yaralı

Mingəçevirdə 2 maşın toqquşdu: 2 yaralı
  11 Mart 2014    Oxunub:2788
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.
Mingəçevirdə Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

AzVision.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini Zaur Vaqif oğlu Rəhimovun idarə etdiyi «VAZ-21012» markalı minik maşını ilə Tural Mustafa oğlu Kərimovun idarə etdiyi «QAZ-3110» markalı avtomobil toqquşub.

Nəticədə, hər iki sürücü ağır xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti