“Biz yenə inqilab edəcəyik” - Paşinyan rəqiblərini hədələdi

 “Biz yenə inqilab edəcəyik” -  Paşinyan rəqiblərini hədələdi
  11 İyun 2021    Oxunub:1008
Ermənistanda seçkiöncəsi siyasi qüvvələr arasında qızğın mübarizə gedir.

Azvision.az xəbər verir ki, siyasi liderlər opponentlərini aşağılayır, bir-birilərinin ünvanına hədələr səsləndirirlər.

Hazırda baş nazir vəzifəsini icra dən Nikol Paşinyan tərəfdarları qarşısında çıxış edərkən hakimiyyətdə qalmayacağı təqdirdə yenidən inqilab edəcəyini bildirib.
"Lazım gələrsə, biz yenə inqilab edəcəyik. Ehtiyac olsa, daha bir inqilabı həyata keçirəcəyik. Bax, beləcə çoxlu inqilablar reallaşdıracağıq", -deyə Paşinyan rəqiblərinə çağırış edib.

Ehtimal edilir ki, Nikol Paşinyan hədə dolu mesajını birbaşa sabiq prezident Robert Koçaryana ünvanlayıb. Nikol bununla seçkidə uduzacağı təqdirdə, məğlubiyyətlə barışmayacağını, sonadək mübarizə aparacağını, hətta yenidən küçə yürüşləri ilə hakimiyyətdə qalacağını bəyan edib.

Bu isə ondan xəbər verir ki, Ermənistanı qarşıda olduqca qəliz və müəmmalı hadisələr gözləyir. Yenidən 2018-ci il hadisələrinin təkrar olunacağı da istisna deyil.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti