`Sovetski` belə olacaq - ŞƏKİLLƏR

`Sovetski` belə olacaq - ŞƏKİLLƏR
  12 Mart 2014    Oxunub:7777
Bakının “Sovetski” deyilən ərazisinin gələcək taleyi, demək olar ki, hər kəsi dərindən düşündürür. Bu mövzu heç də uzaq gələcəyə aid deyil. Artıq bu barədə müəyyən fikir və təkliflər də mövcuddur.

Dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib.

-Təklif etdiyimiz layihə bu gün Bakının mərkəzində mövcud olan parklara bənzəmir. Bu, şəhərin səs-küyündən necə deyərlər qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir. Mən bu parkı şəhərin yaşıl “ağ ciyərləri”nə bənzədərdim. Çünki həm ahıl adamların, xüsusən böyüməkdə olan nəslin sağlamlağı bizim üçün olduqca qiymətlidir. Dünyanın bəzi ölkələrində şəhərin mərkəzində yaşıllığı məhv edib yerində göydələnlər tikirlər, sizdə isə əksinə, köhnə evlərin yerində ecazkar park salmağa qərar verilib, bu, çox sevindiricidir,- deyə memar bakupost.az-a bildrib.

Laure Peretti deyib ki, sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi hətta uzaqdan seyr etmək imkanı yaranacaq.

Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq. Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən “Şəbəkə” həmçinin Bakının gecə həyatının mərkəzinə çevrilə bilər.

Qalereya




Teqlər:  





Xəbər lenti