Metro ticarətçilərinə bir həftə vaxt verildi

Metro ticarətçilərinə bir həftə vaxt verildi
  12 Mart 2014    Oxunub:1009
"Bakı Metropoliteni" QSC metropoliten ərazisində ticarətlə məşğul olan şəxslərlə icarə müqavilələrini uzatmayacaq.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, təhlükəsizlik tədbirlərinin görülməsi üçün "Bakı Metropoliteni" QSC ərazisində ticarət obyektlərinin bağlanması barədə göstəriş verilib. Trend-in məlumatına görə, bununla bağlı ticarətlə məşğul olan bir qrup vətəndaş metropolitenin Baş İdarəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Polislər tərəfindən aksiyanın qarşısı alınıb.

Metropolitenin rəhbərliyi etiraz edənlərin bir qismini qəbul edib. Qəbuldan çıxan etirazçıların sözlərinə görə, görüş zamanı qərara alınıb ki, hələlik onların fəaliyyəti üçün bir həftə vaxt verilsin. Bir həftədən sonra etirazçıları yenidən qəbul edəcəklər və danışıqlar davam etdiriləcək.


Teqlər:





Xəbər lenti