Azərbaycanlı və türklər Stokholmda mitinq keçirdi
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, mitinq Riksdağın uydurma “erməni soyqırımını” tanımasına qarşı yönəldilib. Mitinq iştirakçıları qeyd ediblər ki, 2011-ci ildə “erməni soyqırımının” İsveç parlamenti tərəfindən tanınması Türkiyəyə təzyiq göstərilməsinə və dünya ictimaiyyətinin çaşbaş salınmasına yönəldilən siyasi addımdır.
Mitinq iştirakçıları yoldan keçənlərə o illərin hadisələri barədə həqiqəti əks etdirən broşürlər paylayıblar. İsveç parlamentinin üzvlərinə 350-dən çox məktub verilib.
Qeyd edək ki, mitinqdən sonra iştirakçılar Riksdağa müraciət qəbul ediblər.
Teqlər: