“Bölgədə gülüş predmetinə çevrilmişik” - Sabiq erməni baş nazir

 “Bölgədə gülüş predmetinə çevrilmişik” -  Sabiq erməni baş nazir
  15 İyun 2021    Oxunub:1647
Ermənistanın "Azadlıq" partiyasının rəhbəri, keçmiş baş nazir Hrant Baqratyan ölkəsinin düşdüyü ağır durumdan gileylənib.
Azvision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada ermənilərin regionda gülüş obyektinə çevrildiyini bildirib:

“Biz bölgədə gülüş predmetinə çevrilmişik. Ermənilər dövlət qurmayan xalq sayılır. Biz artıq bir millət də deyilik. Belə bir durumda 1993-cü ildə Azərbaycan və Gürcüstan olmuşdu. İlahi, bu xalqa müdriklik ver”,- deyə sabiq ba. nazir vurğulayıb.

Qeyd edək ki, ötən il İkinci Qarabağ müharibəsindən məğlub ayrılan Ermənistanda iqtisadi-sosial problemlərlə yanaşı siyasi gərginlik də pik həddə çatıb. Qarşıdan gələn növbədənkənar parlament seçkiləri sonrası Ermənistanda vətəndaş müharibəsinin olacağı ehtimal edilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti