Müasir siqaretlər daha təhlükəlidir – HESABAT

  12 Mart 2014    Oxunub : 784
Müasir siqaretlər daha təhlükəlidir – HESABAT
Müasir siqaretlər 50-60 il əvvəl olduğundan daha təhlükəlidirlər. Bu barədə ABŞ-ın baş sanitar həkimi Boris Luşnyakın açıqladığı hesabatda məlumat verilir.

AzVision.az-ın məlumatına görə, hesabatda deyilir ki, müasir siqaretləri çəkmək mokulyar degenerasiya (korluğun bir forması), diabet, yoğun bağırsağın xərçəngi, qara ciyərin xərçəngi kimi fəsadlara yol açır.

Bundan başqa, müasir siqaretlərin tərkibində olan maddələr vərəm, impotensiya, artrit və immun sisteminin zəifləməsinə də gətirib çıxarır.

Passiv `çəkənlərdə` isə insult riski artır.

AzVision.az

Teqlər: