Azərbaycana turist axını 40 faiz artacaq

Azərbaycana turist axını 40 faiz artacaq
  12 Mart 2014    Oxunub:948
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə səfər edən turistlərin sayını yaxın 3-5 il ərzində 30-40 faiz artırmağı planlaşdırır. Bu barədə jurnalistlərə mədəniyyət və turizm Əbülfəs Qarayev bildirib.
Nazir deyib: "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında ölkədə turizmin inkişafı ilə bağlı vəzifə və hədəflər əks olunub. Ümid edirik ki, 2020-ci ilədək Azərbaycana hər il beş milyon turist gələcək. Bu, turizm sənayesinin mükəmməl şəkildə fəaliyyət göstərməsinə imkan verəcək".

Onun sözlərinə görə, nazirlik bundan sonra da təbliğat xarakterli müxtəlif tədbirlər keçirmək niyyətindədir: "Bundan başqa, Azərbaycan getdikcə daha çox iri beynəlxalq mədəni, iqtisadi, idman tədbirlərinin keçirildiyi yerə çevrilir ki, bu da ölkəyə gələn turistlərin sayına müsbət təsir edir".

Ə.Qarayev bildirib ki, 10 il ərzində Azərbaycanın turizmdən gəlirləri 56 dəfə artıb, halbuki dünyada orta göstərici 10-12 faiz təşkil edir. /Trend


Teqlər:  





Xəbər lenti