Panoram attraksion Bakı sakinlərinin ixtiyarında – VİDEO

Panoram attraksion Bakı sakinlərinin ixtiyarında – VİDEO
  12 Mart 2014    Oxunub:1531
“Şeytan çarxı” adlanan Panoram attraksion sakinlərin ixtiyarına verildi. Artıq şəhər sakinləri və qonaqlar bu attraksiona minərək rahatlıqla istirahət edə bilərlər.
Artiq Bakı şəhərini 10 dəqiqə ərzində bütünlüklə görmək mümkün olacaq. Bunun üçün bulvar ərazisində bu gün istifadəyə verilən və “Şeytan çarxı” adlanan ən bahali attraksiona minməyiniz kifayətdir.

“Panoram attraksion bu gündən etibarən sərnişinlərin istifadəsinə verildi. Sərnişinlər bu attraksiona minərək rahatlıqla istirahət edə bilərlər”.

Attraksiondakı kabinələrin hər biri kondisioner sistemi ilə təchiz olunub,sərnişinlərin vaxtlarını əyləncəli keçirməsi üçünsə onlara kiçik monitorlar quraşdırılıb. Bu monitorlar vasitəsi ilə klip, film izləmək mümkündür. Paytaxtın ən hündür attraksionunda bütün təhlükəsizlik tədbirləri də həyata keçirilib. Kabinələrin qapıları yalnız düşüb minəndə avtomatik olaraq açılıb bağlanılır.Yuxarıda hərəkət zamanı isə qapıların açılması mümkün deyil. Kabinələrdə təhlükəsizliyin təmin olunması üçün xüsusi təlimatlar da yer alıb. 2-i VİP olmaqla ümumilikdə 30 kabinəsi olan attraksionun adi kabinləri 8, VİP kabinləri isə 4 nəfər üçün nəzərdə tutulub. Attraksionun bir dəfə dövrə vurması insan sayından asılı olaraq 10 dəqiqədən yarım saata qədərdir. Elə uşaqdan tutmuş böyüyədək hər kəs bu saatı dəyərləndirmək üçün attraksiona üz tutmuşdu.

Hündürlüyü 60 metr olan panoram attraksionundan şəhərin bütün gözəl mənzərələrini izləmək mümkündür. Attraksionun yüksək külək sürəti və zəlzələ balına hesablandığını deyən Dənizkənarı Bulvar idarəsinin rəis müavini Nazim Məcidov qiymətlərin də bura üz tutanların cibinə münasib olduğunu deyir.

Köhnə bulvardakı buna bənzər 80 nəfər tutumu olan attraksiondan fərqli olaraq panoram attraksionun tutumu 240 nəfərdir. Attraksion bir nəfər tərəfindən idarə olunur və burda hər hansı bir hadisənin baş verməməsi üçün mühafizə xidməti gücləndirilmiş iş rejimində çalışır.

Xatırladaq ki, panoram attraksionunun tikintisinə 2013-cü ilin sentyabrında başlanmışdı.

)


Teqlər:





Xəbər lenti