Mağaza oğrusu yaxalandı

Mağaza oğrusu yaxalandı
  13 Mart 2014    Oxunub:1057
Sumqayıtda mağazadan oğurluq etmiş şəxslər yaxalanıb.
Sumqayıt şəhərinin 48-ci məhəlləsinin ərazisində sakin Səfiyar Cəfərova məxsus mağazadan spirtli içkilər, tütün məmulatı və ərzaq məhsulları oğurlanıb.

AzVision.az xəbər verir ki, Şəhər polis idarəsindən AzərTAc-a bildirmişlər ki, hadisəni törətmiş Sakit İlyasov, Aydın Abbasov və əvvəllər məhkum olunmuş Vüqar Əliyev idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti