Millimizin Tokio-2020-dəki bayraqdarı açıqlandı

   Millimizin Tokio-2020-dəki bayraqdarı açıqlandı
  25 İyun 2021    Oxunub:1355
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.

O, əvvəlki Oyunlarda bayraqdarın son olimpiadanın qızıl mükafatçısının olduğunu xatırladıb: "Təəssüf ki, Ro-2016-nın qalibi, taekvondoçu Radik İsayev Tokio olimpiadasına lisenziya əldə edə bilmədi".

Azvision.az



Teqlər: Tokio-2020   YayOlimpiyaOyunları  





Xəbər lenti