Gəncədə avtomobil tələbəni vurdu

Gəncədə avtomobil tələbəni vurdu
  14 Mart 2014    Oxunub:934
Gəncədə avtomobil yolu keçmək istəyən piyadanı vurub.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Gəncənin Nizami prospektində yolu keçmək istəyən piyada, Gəncə Dövlət Universitetini tələbəsi Bəsdi Əhmədova BMWmarkalı avtomobil tərəfindən vurulub.

Xəsarət alan qız dərhal şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, piyada yeraltı keçiddən və piyada zolağından istifadə etməyərək yolun qadağan olunmuş hissəsindən keçməyə cəhd göstərib və nəticədə hadisə baş verib.

Faktlıa bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti