Pensiyaçılara bayram müjdəsi

Pensiyaçılara bayram müjdəsi
  14 Mart 2014    Oxunub:1108
“Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi Novruz bayramınadək başa çatdırılıb”

AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək yekunlaşdırılması planlaşdırılırdı. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam başa çatdırılıb və müvafiq vəsaitlər pensiyaçıların hesablarına köçürülüb.

“Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb”-deyə Fondun sədri qeyd edib.

DSMF-dən verilən məlumata görə, 2014-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər təşkil edir. Onlardan 62 faizi yaşa görə, 27,3 faizi əlilliyə görə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

AzVision.az


Teqlər:  





Xəbər lenti