Oğrular yaxalandı

Oğrular yaxalandı
  15 Mart 2014    Oxunub:1721
Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Mehman Əliyevin həyətindən 800 metr elektrik kabeli və təmir-tikinti alətlərini oğurlanıb Bakı şəhər sakinləri Əlizamin Abbasov və Mirkənan Əmirovu yaxalanıblar.

Həmçinin martın 12-də Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Amil Əkbərova məxsus “Çay evi”ndən televizor oğurlamış Bakı sakini Zakir Bünyatov tutulub.

Martın 6-da paytaxt sakini Əli Həsənovun hesabındakı 1500 manat bankomatdan başqası tərəfindən çıxarılıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Siyəzən sakini Məmmədşah Dadaşov yaxalanıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il sentyabrın 8-də Elmira Axundovaya məxsus ticarət obyektindən 150 manat məbləğində pul və mobil telefon oğurlamış Sumqayıt sakini Adıgözəl Məhərrəmov tutulub.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, faktlarla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti