Qətərdə Əfqanıstan üzrə danışıqların yeni mərhələsi keçirilir

Məlumata görə, Əfqanıstan nümayəndə heyətinə Milli Barış üzrə Ali Şuranın sədri Abdullah Abdullah, "Taliban" nümayəndə heyətinə Qətərdəki siyasi ofisin rəhbəri Molla Baradar Axund rəhbərlik edir.
Bundan əvvəl “Taliban” qruplaşması üç aylıq atəşkəs müqabilində 7 min yaraqlısının sərbəst buraxılması və BMT-nin qara siyahısından çıxarılması şərtini irəli sürüb. Qarşı tərəf hələ bu təklifə müsbət cavab verməyib. Əfqanıstan rəsmiləri hesab edirlər ki, bu, çox ciddi tələbdir. Çünki daha əvvəl "Taliban" yaraqlılarının həbsdən azad edilməsi ölkədəki gərginliyin daha da artmasına səbəb olub.
Xatırladaq ki, ABŞ və NATO öz qüvvələrini Əfqanıstandan çıxarmağa başlayıb. Bu da ölkədəki vəziyyəti daha da pisləşdirib. "Taliban" Əfqanıstan ərazisinin çox hissəsini ələ keçirdiyini iddia edir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan Taliban Görüş