Masallıda ev yandı, xəsarət alanlar var

Masallıda ev yandı, xəsarət alanlar var
  15 Mart 2014    Oxunub:972
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti