Astara və Cəlilabad bağçalarında rəzalət- VİDEO

Astara və Cəlilabad bağçalarında rəzalət- VİDEO
  15 Mart 2014    Oxunub:1540
Standartlaşdırma,Metrologiya və Patent üzrə dövlət komitəsinin Lənkəran ərazi idarəsi əməkdaşları Astara və Cəlilabadda fəaliyyət göstərən bağçalarda reydlər keçirib. Məlum olub ki, bağçalarda uşaqların üçün hazırlanan yeməklərə nəzarət olunmur. Anbarlarda məhsulların saxlanma rejimindən heç söz açmağa dəyməz. Bəzi məhsullar soyuducularda deyil, adi şkaflarda saxlanılır. Standartlaşdırma, Metrologiya və patent üzrə dövlət komitəsinin Lənkəran ərazi idarəsi, Astara və Cəlilabadda fəaliyyət göstərən bağçalarda reydlər keçirib. Reydlərin keçirilməsində əsas məqsəd, bağçalarda ərzaq təchizatı və keyfiyyəti ilə bağlı olub.

AzVision.az CTV-yə istinadən xəbər verir ki, reydlər zamanı məlum olub ki, bağçalarda uşaqlar üçün ayrılan gündəlik qidalar menyuda göstərilsə də, amma onların heç biri tam əməl olunmur.Bütün nöqsanlarla əlaqədar, bağçaların rəhbərlərinə tələbnamə və iradnamələr verilidi.Tələbnamə və iradnamələrin yerinə yetirilməsini öyrənmək məqsədi ilə, idarə əməkdaşları qarşıdakı günlərdə həmin bağçalarda yenidən monitoriqlərin keçirilməsini planlaşdırırlar.Qeyd edək ki, bu kimi monitorinqlərin cənub bölgəsində bütün bağçalarda aparılması nəzərdə tutlur.




Teqlər:  





Xəbər lenti