Gəncə Dövlət Filarmoniyasının binası uçub

Gəncə Dövlət Filarmoniyasının binası uçub
  15 Mart 2014    Oxunub:964
Gəncə Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub.

AzVision.az xəbər verir ki, Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində inşa olunan tikilidə beton plitələr uçub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığını araşdırır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım stansiyasının əməkdaşları gəliblər.

Qeyd edək ki, inşaat işləri gedən ərazidə əvvəllər "Bakı" kinoteatrı yerləşib.


Teqlər:





Xəbər lenti