`06` işıq dirəyinə çırpıldı: ölən və yaralananlar var
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Kürdəmir - Zərdab yolunda qeydə alınıb. 10 -UV -692 dövlət nömrə nişanlı “VAZ – 2106” markalı minik maşını hərəkətdə olarkən, idarəetməni itirib və işıq dirəyinə çırpılıb.
Nəticədə maşında olan sərnişinlərdən biri hadisə yerində dünyasını dəyişib, digər sərnişin və sürücü xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti hələlik məlum deyil. İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.
Teqlər: