Novruz bayramı bölgələrdə - FOTO, VİDEO

Novruz bayramı bölgələrdə - FOTO, VİDEO
  16 Mart 2014    Oxunub:2156
Martın 15-də Astara şəhərindəki Heydər Əliyev parkında Novruz bayramına həsr olunan mərasim keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bayram şənliyində qədim adət-ənənələrimizin sevincini yaşayan astaralılar doğma torpağa, elimizə, obamıza olan məhəbbət və sədaqətlərini nümayiş etdirmişlər.

Cəngi sədaları altında meydana daxil olan Bahar qız astaralıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Mərasimdə Kosanın və Keçəlin məzhəkəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib.

Milli geyimli qızlar və oğlanlar meydanın mərkəzində şölələnən tonqalın ətrafında dövrə vuraraq yallı getdi.

Mərasimdə rayonun idmançıları öz məharətlərini göstərmiş, bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etdi.

Tədbir iştirakçıları, həmçinin parkda el sənəti nümunələrindən ibarət sərgi və gənc rəssamların əl işləri ilə tanış olmuş, Novruz şirniyyatlarını dadıblar.

***

AzVision.az Turkel TV-yə istinadən xəbər verir ki, Novruz xalqımızın ən cox sevdiyi və sevə-sevə keçirdiyi bayramdir. Tovuzda təşkil onlunan Bayram tədbirində rayon rəhbərliyi ilə yanaşı ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başcısı Tofiq Zeynalov Novruz tonqalını alovlandırdı, keçəl və kosa ilə yumurta döyüşdürdü.

Novruzun əsas adət ənənəsini yerinə yetirdikdən sonra İcra Başçısı tovuzluları təbrik etdi. Bayram tədbirini Novruz süfrəsi olmadan təsəvvür etmək mümkün deyil. Hər kəs öz təşkilatı, öz kəndi adından bayram süfrəsi açıb. Novruz təbiətə oyanış gözəllik bəxş edir.

Bu gözəlliklərdən də biri kameramızın obyektivindən yan keçmədi. Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Elə bu adət ənənələrdə tədbir boyunca nümayiş etdirildi.. Xoş əhval-ruhuyyə ilə keçirilən möhtəşəm bayram tədbiri, incəsənət ustalarının iştirakı ilə davam etdirildi.... hər kəs gözəl bayram arzusu ilə...

Qalereya




Teqlər:





Xəbər lenti