Artsrunun strateji təlxəkliyi: "Yalan maşını" niyə işə düşüb?

  Artsrunun strateji təlxəkliyi:  "Yalan maşını" niyə işə düşüb?
  28 İyul 2021    Oxunub:8797
44 günlük Vətən müharibəsindən sonra Ermənistanda "yalan maşını" kimi ad çıxarmış Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovanisyan yenidən gündəmə gəlib. O, sosial şəbəkədə hərbi forma ilə canlı yayıma çıxaraq, sərhəd insidentilə bağlı ermənilərə çağırış edib, bir sıra informasiyalar səsləndirib. Yerli media isə onun fikirlərini dərc edib.
Azvision.az xəbər verir ki, Ermənistanın törətdiyi sərhəd təxribatlarına dəstək açıqlaması verən Ovanisyan ictimaiyyətin sərt təpkisilə üzləşib. Belə ki, tanınmış ermənilər "yalan maşını"nı mediada işıqlandıran jurnalistləri qınayıblar.

Məsələn, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Ripsim Arakelyan ermənilərə çağırışlar edən, "diqqətli olmağa" səsləyən keçmiş nazirlik rəsmisi haqqında deyib: "Hörmətli media nümayəndələri, icazənizlə, sizə bir sual verim. Zəhmət olmasa deyin, Artsrun Ovanisyan kimdir? Niyə hələ də meydandadır? Ovanisyanın statusu nədir ki, ciddi şəkildə işıqlandırırsınız? Artsrun Müdafiə Nazirliyi və Silahlı Qüvvələr sistemində necə təmsil olunur ki, bu yalançını öz səhifələrinizdə yayımlayır, fikirlərini dərc edirsiniz? ”.


Politoloq Qagik Ambaryan isə Ovanisyanı "kloun" adlandırıb: "Sonuncu sərhəd insidentindən sonra Artsrunu sosial mediada canlı izlədim. Mən o cür yalançı, cəmiyyəti 44 gün ərzində aldadan birinə necə inana bilərəm? Yaxşı olardı ki, insanları çaşdıran hərbi formanı çıxarsın və bu təlxəkliyə son qoysun".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Sərhəd  





Xəbər lenti