Gəncədə avtomobil aşıb

Gəncədə avtomobil aşıb
  17 Mart 2014    Oxunub:1168
AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə şəhərin çıxacağında - Gəncə-Qazax magistralının 1-ci kilometrliyində baş verib.

Belə ki, Şəmkir istiqamətində hərəkətdə olarkən Verdiyev Yaşar Əlövsət oğlunun idarə etdiyi VAZ 2104 markalı avtomobil idaretməni itirərək səkiyə çırpılıb. Zərbənin gücündən aşan avtomobilə ciddi ziyan dəyib.

Qəza ilə bağlı araşdırma aparılır. Yekun rəy avtoekspertizanın qərarından sonra müəyyənləşəcək.


Teqlər:





Xəbər lenti