Kürdəmirdə 3 yaşlı uşaq fermanı yandırdı

Kürdəmirdə 3 yaşlı uşaq fermanı yandırdı
  17 Mart 2014    Oxunub:1583
Kürdəmir rayonunda 3 yaşlı uşaq fermanı yandırıb. AzVision.az xəbər verir ki, Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Çöhranlı kəndində qeydə alınıb.

Kənd sakini olan fermer, 1956-cı il təvəllüdlü Əlvan Qəniyevə məxsus “Elgün” fermer təsərrüfatının mal-qara fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Ümumi sahəsi 210 kvadratmetr olan fermanın dam örtüyünün yanar konstruksiyaları 185 kvadratmetr sahədə yanıb. Həmçinin, hadisə zamanı fermanın çardağına yığılmış 5 ton ot bağlamasının 3 tonu da yanıb. Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı fermadakı mal-qara tələf olmayıb. Hadisə zamanı xəsarət alan da olmayıb.

Hadisəyə fermada işləyən çobanın 3 yaşlı uşağının nəzarətsiz qalması və onun odla ehtiyatsız davranması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti