Hava küləkli olacaq

Hava küləkli olacaq
  17 Mart 2014    Oxunub:1052
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qrəb küləyinin günün birinci yarısısnda mülayimləşəcəyi, günün ikinci yarısında güclü cənub küləyi ilə əvəz olunacağı gözlənilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 11-16 dəərəcə isti olacağı ehtimalı var.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, tez-tez güclü çənub-qərb və şimal küləklərinin biri-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Martın 18-də Azərbaycanın bəzi cənub və qərb rayonlarında havanın az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Temperaturun gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti