Azərbaycan Prezidenti İlham Əliyev Zeyqəm Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıb ki, Zeyqəm Hüseyn oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.