Aztəminatlı ailələrə yardım edildi

Aztəminatlı ailələrə yardım edildi
  18 Mart 2014    Oxunub:2171
Novruz bayramı münasibətilə Qaradağda aztəminatlı ailələrə yardım edilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, martın 17-də Qaradağ rayonunun aztəminatlı ailələri ilə Novruz bayramı münasibətilə görüş keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov görüşdə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu tərəfindən hər bayramda olduğu kimi, bu gün də aztəminatlı ailələrə bayram payı göndərilib. Bunun dövlətimizin başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü olduğu vurğulandı.

“Qarabağ müharibəsi əlilləri, veteran və şəhid ailələri” İctimai Birliyinin sədri Maqsud Heydərov, şəhid ailəsi Zinyət Bəkirova və Cəbrayıl rayonundan məcburi köçkün Sədət Zalov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdi.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə ərzaq yardımı verilib.


Teqlər:





Xəbər lenti