"Avqustda 16 nəfəri ilan sancıb" - Azər Maqsudov

 "Avqustda 16 nəfəri ilan sancıb" -    Azər Maqsudov
  23 Avqust 2021    Oxunub:1548
Avqust ayında 16 nəfər gürzə ilanın sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edib.

Bu barədə  Azvision.az  -a Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.
O bildirib ki, təcili yardımla gətirilən həmin xəstələrdən 2-si uşaq olub.

"Onların hər biri müayinə olub, analizlər götürülüb və zərdab vurulub. Eləcə də avqust ayında dərman zəhərlənməsi ilə 14 nəfər şöbəyə müraciət edib. Onlar həkim təyinatı ilə yazılan dərmanları içiblər, amma belə xoşagəlməyən vəziyyət əmələ gəlib. Dərman zəhərlənməsi ilə müraciət edən xəstələrin 70 faizi qadınlar olub.

Eyni zamanda bu ay 8 nəfər allergik reaksiya ilə gəlib. Həmin şəxslər də həkim tətinatı ilə olan dərmanları içiblər, lakin bədən həssaslığı nəticəsində allergik reaksiya olub".

Aytən Zəhra
Azvision.az


Teqlər: Zəhərlənmə   İlan  





Xəbər lenti