AzVision.az sumqayitxeber.com-a istinadən xəbər verir ki, tədbirdə ilk öncə minlərlə şəhər sakininin maraqla izlədiyi meydan tamaşası təqdim edildi və ardınca müxtəlif geyimdə milli və əcnəbi personajların keçidi oldu. Daha sonra nəhəng Novruz gəmisi Sumqayıtın baş meydanına daxil oldu. Gəmidəki toplardan açılan yaylım atəşi tədbirə gələn on minlərlə sakinin alqışlarına səbəb oldu.
Tədbir respublikanın xalq artisti Zülfiyyə Xanbabayevanın konsert proqramı ilə yekunlaşdı.
O cümlədən Xalqımızın ən əziz bayramı olan Novruzu Qubadlı sakinləri də hər il yüksək səviyyədə, təntənəli surətdə qeyd edirlər. Ənənəvi olaraq bu bayram ərəfəsində şəhid ailələrinə və məcburi köçkünlər olan aztəminatlı ailələrə Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, qubadlılar bu il də ilaxır çərşənbə və Novruz bayramı münasibətilə Sumqayıt Olimpiya İdman Kompleksində bayram şənliyi təşkil ediblər.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayramsayağı bəzədilmiş Olimpiya İdman Kompleksində Qubadlı rayonunun ab-havası hökm sürürdü. Kəndirbaz və Kosanın nümayiş etdirdikləri oyunlar iştirakçılara xoş ovqat bəxş edirdi.
Bayram şənliyindən əvvəl tonqal ətrafında məcburi köçkünlərlə görüşən rayon rəhbərliyi onları bayram münasibətilə təbrik edib.
Burada da novruzun atributlarından olan Şah öz “taxtına” çıxır. Şaha şikayətlər, təkliflər ünvanlanır. Bu müraciətlərlə bağlı Şahın qərarları rəğbətlə qarşılanır.
Rayonda məşhur olan “Ənzəli”, “Dirədöymə” və digər oyunlar böyük maraq doğurdu. Respublikanın tanınmış incəsənət ustalarının ifalarında təqdim edilən konsert proqramı şənliyə xüsusi rövnəq verdi. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edildi. Qubadlıdan olan pəhləvanların ifasında idman oyunları daha böyük maraqla qarşılandı. Daha sonra bayram şənliyi çay sürfəsi arxasında davam etdi.
Martın 18-də Lənkəran şəhərindəki dəmir yolu vağzalı meydanında Novruz bayramına həsr olunan mərasim keçirildi. Bayramsayağı bəzədilmiş meydanda Novruz xonçaları və səmənilər düzülmüş, xalq tətbiqi sənəti nümunələri, bayram yeməkləri və müxtəlif növ şirniyyatlar, Lənkəran Rəssamlıq Məktəbinin şagirdlərinin Baharın gəlişinə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.
Mərasimdə qeyd olundu ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruzun sevincini yаşаyаn, füsunkаr təbiəti, bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır.
Rayonun bədii özfəaliyyət kollektivləri mərasimdə xalqımızın adət-ənənələrini nümayiş etdirdilər. Bayram şənliyində milli geyimli qızlar bayram tonqalının ətrafında dövrə vuraraq yallı getdi, populyar müğənnilərin ifasında el nəğmələri, Baharın gəlişinə və Novruza həsr olunan mahnılar səsləndi.
Xalqımızın milli bayramı olan Novruz Füzuli rayonunda böyük sevinclə qeyd edildi. Baharın gəlişi münasibətilə Horadiz şəhərindəki Olimpiya İdman Kompleksində ümumrayon bayram şənliyi keçirilib. Bayram tədbirində tonqallar qalanmış, xonçalar və səmənilər düzülmüş, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib.
Mərasimdə çıxış edənlər füzulililəri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıblar.
Bayram şənliyində xalqımızın adət-ənənələri nümayiş olunan, milli və əcnəbi rəqslər ifa edilib, şeirlər söylənnib. Rayonun musiqi kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan musiqi nömrələri, Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş ovqat yaratdı.
Ağdaşlılar baharın gəlişini təntənə ilə qarşıladı
Martın 18-də Ağdaşda ilaxır çərşənbə və Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Heydər Əliyev parkında 10 mindən çox rayon sakininin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər ağdaşlıları Novruz bayramı münasibətilə təbrik ediblər. Natiqlər dövlət müstəqilliyimizin bərpasından sonra Novruzun xüsusi məna kəsb etdiyini diqqətə çatdırdılar.
Sonra bir-birini əvəz edən şən musiqi sədaları, Kosa və Keçəlin şən zarafatları, əbədi-bədii səhnəciklər, idmançıların çıxışları tədbir iştirakçılarında xoş təəssürat yaratdı.
Şənliklərdə ayrı-ayrı yaşayış məntəqələrindən gələn sakinlər müxtəlif çeşidli milli xörəklərin bişirilməsi, sənət nümunələrinin, adət-ənənələrin nümayiş etdirilməsi sahəsində öz bacarıqlarını göstərdilər.
Bayram tədbiri tanınmış musiqiçilərin ifasında konsert proqramı ilə davam etdi.
Novruzun gəlişinə ciddi hazırlaşan Abşeron rayonunun sakinləri bayramı böyük ruh yüksəkliyi və təntənə ilə qeyd etdilər.
İzdihamlı bayram şənliyi Xırdalan şəhərindəki Heydər Əliyev prospektində yerləşən meydanda keçirildi. Rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, kənd və qəsəbələrindən minlərlə sakinin toplaşdığı meydan Novruzun rəmzi və atributları ilə əl-əlvan bəzədildi. Orta ümumtəhsil məktəbləri, uşaq bağçaları bu əziz bayrama xüsusi hazırlaşmışdı. Oğlan və qızlar həvəslə şeir deyir, rəqs edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov meydana toplanan sakinlərini təbrik edərək, bayram tonqalını alovlandırdı. Aparıcılar – Novruzun əsas personajları Kosa və Keçəl qonaqları xalq sənətkarlarının əl işlərindən, gənc rəssamların əsərlərindən ibarət sərgi ilə tanış etdi. Tədbir iştirakçıları gənc xanəndə və aşıqların, meyxana ifaçılarının, rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışlarını maraqla izlədi.
Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılmışdır. Yumurta döyüşdürülməsi bayram şənliyinə xüsusi ovqat qatdı. Mərasimə toplaşanlar Şərq şirniyyatına, ətirli Azərbaycan çayına qonaq edildi.
Axşamadək davam edən kütləvi gəzintilər atəşfəşanlıqla başa çatdı.
Qeyd edək ki, Xırdalanda Novruz şənlikləri çərçivəsində kənd təsərrüfatı məhsullarının, xalq yaradıcılığı və tətbiqi sənət əsərlərinin satış yarmarkaları təşkil olunub.
Martın 18-də Goranboy Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbiri mərkəzi meydanda təşkil edilmiş milli-adət ənənələrimizi əks etdirən sənət nümunələrinin nümayişi ilə başlayıb.
Şənlik iştirakçıları milli xörəklərimizin bişirilmə qaydalarına, qədim məişət avadanlıqlarına, müxtəlif sənətkarlıq nümunələrinə, eləcə də idmançıların nümunəvi çıxışlarına maraqla baxıb, milli geyimli oğlan və qızların qədim musiqi alətlərində ifalarını dinləyiblər.
Novruz şənliyi mərkəzi meydanda davam etdirilib.
Şən aşıq musiqisinin sədaları altında meydana gələn Dədə Qorqud və Bahar qız bayram iştirakçılarını salamlayıb və ən xoş arzularını bildirib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Novruzun ruzi-bərəkət bayramı olduğunu qeyd etmiş və onun xalqımız tərəfindən yüz illərlə qorunub saxlandığını diqqətə çatdırdı. O qeyd dib ki, Novruz bayramı hətta Sovet İttifaqı dövründə yaddaşlardan silinməyib və insanlar onu milli sərvət kimi qəlblərində yaşadıb. Artıq bu bayram UNESCO səviyyəsində qeyd edilir.
Bayram tonqalı alovlandırıldıqdan sonra söz tanınmış incəsənət ustalarına verilib. Bir-birindən maraqlı çıxışlar rayon sakinlərində xoş ovqat yaradıb.