Göygöl rayonunda qəza baş verdi

Göygöl rayonunda qəza baş verdi
  19 Mart 2014    Oxunub:1247
Göygöl rayon ərazisində iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu axşam saat 22:00 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

İki VAZ markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.

Yaralanan 21 yaşlı Natiq Həsənov dərhal Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti