Sobyanin : “200 miqrant Moskvadan deportasiya edilib”

   Sobyanin  : “200 miqrant Moskvadan deportasiya edilib”
  28 Avqust 2021    Oxunub:1335
Moskva meri Sobyanin MDB ölkələrindən təxminən 200 miqrantın cinayət etdiyinə görə Moskvadan deportasiya edildiyini bildirib
Azvision.az RIA Novosti nəşrinə istinadən xəbər verir ki, Moskvanın bələdiyyə sədri Sergey Sobyanin şəxsi bloqunda MDB ölkələrindən 200-ə yaxın miqrantın asayişi pozduğuna görə Moskvadan deportasiya, 17 500 nəfərin ölkəyə girişinin qadağan edildiyini söyləyib.

"Son vaxtlar bir neçə ciddi qanun pozuntusu, kütləvi davalar oldu. Belə olmaz. Biz bu cür qonaqlardan məmnun deyilik. Bu səbəbdən polis son aylarda sərt reydlər həyata keçirib. 800 cinayət işi açılıb, təxminən 200 nəfər deportasiya edilib, 17.5 min nəfərin ölkəyə giriş qadağan edilib" , - Sobyanin deyib.



Bələdiyyə başqanı onu da qeyd edib ki, MDB ölkələrindən yüz minlərlə miqrant ənənəvi olaraq işə düzəlmək məqsədi ilə Moskvaya gəlir və əksəriyyəti qanuna əməl edirlər.

"Bəzilərinə bu mübaliğəli görünə bilər. Ancaq gələcəkdə də belə olacaq. Moskva qonaqpərvər şəhərdir”, - mer fikrini yekunlaşdırıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Moskva   Miqrant   Deportasiya  





Xəbər lenti