ASAN bayramqabağı əlillərə səyyar xidmət göstərdi – FOTOLAR

ASAN bayramqabağı əlillərə səyyar xidmət göstərdi – FOTOLAR
  19 Mart 2014    Oxunub:1252
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirməkdə davam edir.

19 mart 2014-cü il tarixində Səyyar ASAN xidmət çərçivəsində ümumvətəndaş pasportunun verilməsi xidməti ilə bağlı müraciət etmiş I qrup əlillər Səmədov Bayram Cümşüd oğlu və Əliyev Saleh Əfsər oğluna müvafiq müraciət əsasında xidmət göstərilib.

Dövlət Agentliyinin sədri İnam Kərimov həmin əlillərlə görüşmüş, onlar üçün həyata keçirilən xidmət prosedurunda iştirak edib.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti